“Neftçi” braziliyalı vingerlə anlaşdı

İdman

11.02.2025 09:22

981

“Neftçi” klubu qış fasiləsində heyətini braziliyalı futbolçu ilə gücləndirib.

TodayPress xəbər verir ki, “ağ-qaralar” Aleks Fernandesi rənglərinə qatıb. Vinger mövsümün sonuna kimi icarəyə götürülüb.

Razılaşmaya əsasən Rusiyanın “Baltika” klubuna məxsus olan futbolçu ilə müqavilə daha 6 ay uzadıla bilər. Aleks ötən ilin fevralından şərəfini qoruduğu “Baltika”nın heyətində Rusiya birinci liqasında cari mövsümdə meydana çıxdığı 15 oyunda 3 qol vurub.

Qeyd edək ki, 2022-ci ildə Bolqarıstan “Çerno More”sinə keçən Fernandes daha əvvəl Braziliyanın “Atletiko Mineyro” və “Santos” klublarının U-20 komandalarında çıxış edib.

Namiq HUN

tag: Neftçi ,Anlaşma,Fermandes,Ağ-qara,Todaypress.az,