“Neftçi” beş futbolçusunu itirdi
İdman
01.11.2024 10:39
“Neftçi” futbol klubu Premyer Liqanın XII turunda “Araz-Naxçıvan”la oyuna itkilərlə çıxacaq.
TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar”ın beş futbolçusu - Filip Ozobiç, Andre Şinyaşiki, Alfa Konte, Azər Salahlı və Rəhman Hacıyev zədə səbəbindən meydana çıxa bilməyəcəklər.
Portuqaliyalı yarımmüdafiəçi Rafael Quzzonun oynayıb-oynamayacağı isə sual altındadır.
“Neftçi Arena”da keçiriləcək matç saat 20:30-da başlayacaq.
Namiq HUN
tag: Liqa, Neftçi, Premyer, Araz Naxçıvan, Rafael Quzzo, todaypress.az,