“Neftçi” baş məşqçisini yola saldı

İdman

08.01.2025 16:20

"Neftçi" basketbol komandası baş məşqçi Omid Movahed Nejatla yollarını ayırıb.

TodayPress xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İranlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

”Neftçi”də hələlik bu vəzifəni gürcüstanlı köməkçi məşqçi Daviti Tsivtsivadze yerinə yetirəcək.

Qeyd edək ki, Nejat ötən ilin noyabrında bu postda istefa verən Anar Sarıyevi əvəzləmişdi.

Namiq HUN

tag: Neftçi, Klub ,Məşqçi, Müqavilə ,todaypress.az,