"NEFTÇİ" baş məşqçi ilə yollarını ayırdı

İdman

26.05.2024 12:48

820

Azərbaycan Premyer Liqasında mövsümü 5-ci pillədə tamamlayan "Neftçi" futbol klubunda ilk ayrılıq baş tutub.

TodayPress xəbər verir ki, komandanın baş məşqçisi Miodraq Bojoviçlə yollar ayrılıb.

Klubun paylaşımında mütəxəssislə müqavilənin uzadılmayacağı bildirilib və ona gələcək karyerasında uğurlar arzulanıb. Qeyd edək ki, ölkə çempionatının son matçında "Neftçi" evdə "Sabah"a məğlub olaraq (0:1)" ilk üçlük"dən və avrokuboklardan kənarda qalıb.

tag: Miodraq Bojoviç, Neftçi, İdman, Football, Todaypress.az, Todaypress,