"Neftçi" Azərbaycan Kubokunda 1/4 finala yüksəldi

İdman

04.12.2024 22:44

2056

"Neftçi" futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala yüksəlib.

TodayPress xəbər verir ki, 1/8 final oyununda "Difai" komandasını qəbul edən "ağ-qaralar" 6:0 hesablı qələbə qazanıb.

Paytaxt təmsilçisinin heyətində Yeqor Boqomolski (21, 66), Murad Məmmədov (25), Yuri Matias (27), Ağadadaş Salyanski (57) və Andrey Ştoqrin (63) fərqlənib.

Bu nəticənin ardından "Neftçi" növbəti raundda "Kəpəz"lə qarşılaşacaq.

tag: Neftçi, Kubok, Azərbaycan, Difai, Kəpəz, todaypress.az,