“Neftçi” antirekordunu yenilədi

İdman

21.09.2024 15:50

“Neftçi” futbol klubu tarixinin antirekorduna imza atıb.

TodayPress xəbər verir ki, “ağ-qaralar” Azərbaycan çempionatlarında startda ən uzun qələbəsiz seriya keçirib. 

Premyer Liqanın VII turunda “Qarabağ”a (0:4) uduzan Roman Qriqorçukun komandası startdakı yeddi oyunda qələbə qazanmayıb.

“Neftçi”nin buna kimi mövsümün əvvəlindəki ən uzun qələbəsiz seriyası 2017/18 mövsümünə təsadüf edib. Həmin vaxt ardıcıl 6 start oyununda qələbə qazana bilməyən Bakı klubu seriyasını 7-ci cəhddə qırıb.

Qeyd edək ki, “Neftçi” 7 turdan sonra 4 xalla 9-cu pillədə qərarlaşıb.

Namiq HUN

tag: Neftçi ,Qarabağ, Roman Qriqorçuk ,Antirekord ,todaypress.az,