Nedved də “Əl-Şəbab”a təyinat aldı
İdman
27.12.2024 17:23
Veteran futbolçu Pavel Nedvedin yeni iş yeri məlum olub.
TodayPress xəbər verir ki, Nedved “Əl-Şəbab” klubunun yeni idman direktoru vəzifəsində çalışacaq.
Xəbəri Səudiyyə Ərəbistanı təmsilçisinin baş məşqçisi Fatih Terim açıqlayıb.
“Pavel Nedved mənim üçün fərqli məna kəsb edir. Mən “Fiorentina”da olarkən o, “Yuventus”da idi. Hazırda “Əl-Şəbab”dadır. Onunla işləyəcəyim üçün çox xoşbəxtəm. Məncə, düzgün seçimdir”.
Qeyd edək ki, Pavel Nedved 2015-2022-ci illərdə “Yuventus” klubunun vitse-prezidenti olub.
Namiq HUN
tag: Məşqçi ,Yuventus, Klub, Fatih Terim, todayprtess.az,