Nedelkoviç NHL tarixində ilkə imza atdı
İdman
18.01.2025 13:30
“Pittsburq Pinqvinz” hokkey klubunun qapısını qoruyan Aleks Nedelkoviç “Baffalo Seybrz”a (5:2) qalib gəldikləri matçda fərqlənib.
TodayPress xəbər verir ki, o, Milli Hokkey Liqasının (NHL) matçında həm qol vurub, həm də məhsuldar ötürmə edən ilk qapıçı adını qazanıb.
Nedelkoviç NHL tarixində qol vuran 16-cı qapıçıdır. Aleks qol vurub xal toplamaq göstəricisində isə 11-cidir.
Namiq HUN
tag: NHL, Hokkey, İdman, Todaypress.az, Nedelkoviç,