NBA tarixində ikinci dəfə tarixi geridönüş qeydə alındı
Milli Basketbol Assosiasiyasında (NBA) “Los-Anceles Klippers” və “San-Antonio Spörs” komandaları arasında keçirilən oyunda ikinci dəfə tarixi hadisə yaşanıb.
TodayPress "OPTA"ya istinadən xəbər verir ki, ilk dövrədə rəqibindən 26 xal geridə olan Los-Anceles təmsilçisi geri dönüş edərək sonda 113:104 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, ilk belə hal 1967-ci ildə “Nyu-York Niks” - “Los-Anceles Leykers” komandaları arasında matçda baş verib.
Namiq HUN
tag: NBA,Los Anceles Leykers,Nyu-York Niks,todaypress.az,