NBA tarixində belə şey olmamışdı

İdman

08.03.2025 21:30

2286

“Denver”in ulduzu Nikola Yokiç unikal nailiyyəti ilə ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) tarixinə düşüb.   

TodayPress xəbər verir ki, serbiyalı basketbolçu bir matçda ən azı 30 xal, 20 məhsuldar ötürmə və 20 ribaund edən ilk oyunçu olub. 

“Finiks Sanz” ilə matçda Yokic 45 dəqiqə ərzində 31 xal, 21 ribaund və 22 məhsuldar ötürmə ilə yadda qalıb. 

Qeyd edək ki, NBA tarixində heç kim bu cür rəqəmlərlə tripl-dabl  etməyib. 

Görüş əlavə vaxtda “Denver”in qələbəsi ilə yekunlaşıb 149:141.   

Namiq HUN

tag: Nikola Yokiç,NBA,Basketbol,Denver,Todaypress.az,