NBA: “Nyu-York Niks” 1/4 finala yüksəldi

İdman

02.05.2025 11:35

6

ABŞ Milli Basketbol Assosiasiyasında (NBA) 1/8 final mərhələsinin oyunları davam edir.   

TodayPress xəbər verir ki, “Nyu-York Niks” klubu seriyanın altıncı matçında “Detroit Pistons”la qarşılaşıb.   

Görüş Nyu-York təmsilçisinin 116:113 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə seriyada 4:2 hesabı ilə qalib gələn “Nyu-York Niks” növbəti raunda yüksəlib. 

“Los-Anceles Klippers” isə “Denver Naqqets”ə 111:105 hesabı ilə qalib gələrək, seriyanı bərabərləşdirib 3:3.   

Komandalar arasında həlledici oyun mayın 3-də keçiriləcək.   

Namiq HUN

tag: ABŞ,NBA,Nyu-York Niks,Detroit Pistons,Todaypress.az,