NBA klubu rekord qiymətə satılacaq

İdman

21.03.2025 12:00

783

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) “Boston Seltiks” komandası liqa tarixində rekord məbləğə satılacaq.

TodayPress “Sportico”ya istinadən xəbər verir ki, “Sixth Street” özəl investisiya fondunun dəstəyi ilə fəaliyyət göstərən Uilyam Çisholmun rəhbərlik etdiyi şirkət klubu 6,1 milyard dollara almağı planlaşdırır. 

“Boston Seltiks”in hazırkı sahibi olan Qrusbek ailəsi 2002-ci ildə klubu 360 milyon dollara alıb.

Qeyd edək ki, “Boston Seltiks” klubu 18 qat NBA çempionudur. Komanda cari mövsüm 69 matçda qazandığı 50 qələbə ilə Şərq Konfransında ikincidir.

Namiq HUN

tag: ABŞ,NBA,Komanda,Boston Seltiks,Sixth Street,todaypress.az,