NBA: “Hyuston Rokets” seriyanı bərabərləşdirdi

İdman

03.05.2025 15:00

4

ABŞ Milli Basketbol Assosiasiyasında (NBA) pley-off mərhələsinin növbəti oyunu keçirilib.   

TodayPress xəbər verir ki, “Hyuston Rokets” doğma azarkeşləri önündə “Qolden Steyt Uorriors”a (115:107) qalib gələrək seriyanı bərabərləşdirib 3:3. 

Meydan sahiblərinin heyətində türkiyəli basketbolçu Alperen Şengün 21 xal, 14 ribaundla “dabl-dabl” edib.   

Rəqib komandanın heyətində isə ən məhsuldar oyunçu 29 xal toplayan Stefen Körri olub. 

Cütün qalibini müəyyən edəcək həlledici yeddinci matç mayın 5-də keçiriləcək. 

Namiq HUN

tag: NBA,Hyuston Rokets,Qolden Steyt Uorriors,Basketbol,Todaypress.az,