NBA-də üç xallıq atış rekordu yeniləndi
NBA-də basketbolçular bir oyunda 3 xallıq atışlarla yeni rekord müəyyən ediblər.
TodayPress xəbər verir ki, bu, “Qolden Steyt Uorriors” və “Dallas Maveriks” (133:143) komandalarının görüşündə qeydə alınıb.
Hər iki komanda birlikdə uzaq məsafədən 48 dəfə topu səbətdən keçirib. “Qolden Steyt" 27, “Dallas" isə 21 uğurlu atış yerinə yetirib.
Qeyd edək ki, əvvəlki rekord 44 üç xallıq atışdan ibarət olub və "Sakramento" və "Klippers" arasında 2023-cü ilin fevralında üç əlavə vaxtın da keçirildiyi oyunda (176:175) qeydə alınıb.
Namiq HUN
tag: Dallas ,Klippers, Xallıq ,Komanda ,todaypress.az,