NBA-də final seriyasına start verildi
İdman
07.06.2024 14:17
Milli Basketbol Assosiasiyasında (NBA) final mərhələsinin ilk oyunu keçirilib.
TodayPress xəbər verir ki, “Boston Seltiks” və “Dallas Maveriks” komandalarının qarşılaşması birincilərin 107:89 hesablı qələbəsi ilə başa çatıb. Boston təmsilçisinin heyətində Ceylen Braun 22 xal, 6 ribaund və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, bu komandalar arasında final mərhələsinin ikinci oyunu iyunun 10-da keçiriləcək.
Namiq HUN
tag: Milli, Basketbol, NBA, Final, Boston Seltiks, Dallas Maveriks, todaypress.az,