NBA-da pley-off həyəcanı davam edir
ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) pley-off mərhələsinin oyunları keçirilib.
TodayPress xəbər verir ki, ötən gün iki qarşılaşma baş tutub.
İlk matçda səfərdə rəqiblərinə məğlub olan “Detroit Pistons” və “Los-Anceles Klippers” klubları doğma meydanda ümumi hesabı bərabərləşdiriblər.
Detroit təmsilçisi “Nyu-York Niks”ə 100:94, Los-Anceles klubu isə “Denver Naqqets”ə 105:102 hesabı ilə qalib gəlib.
Pley-off mərhələsinin üçüncü qarşılaşmaları aprelin 25-də təşkil olunacaq.
Namiq HUN
tag: NBA,Play-off,Həyəcan,Basketbol,Todaypress.az,