NBA-da mövsümün proqramı açıqlandı

İdman

16.08.2024 09:33

1466

Milli Basketbol Assosiasiyasında müntəzəm çempionatın ilk qarşılaşmaları oktyabrın 22-də keçiriləcək.

TodayPress xəbər verir ki, ilk turda son çempion "Boston Seltiks" "Nyu-York Niks"lə qarşılaşacaq. Bundan başqa ilk oyun günündə "Minnesota Timbervulvz" və "Los-Anceles Leykers" klubları da münasibətlərinə aydınlıq gətirəcəklər. 

NBA kuboku noyabrın 12-də start götürəcək. Turnirdə  yarımfinal görüşləri dekabrın 14-də baş tutacaq. Baş mükafatın sahibi isə dekabrın 17-də müəyyənləşəcək. 

Ulduzlar matçına fevralın 14-16-da San-Fransisko ev sahibliyi edəcək. 

Namiq HUN

tag: Milli Basketbol Assosiasiyası, Turnir, Baş Mükafat,San-Fransisko ,Los-Anceles Leykers ,todaypress.az,