NBA-da mövsüm dayandırıla bilər
Kütləvi qrip epidemiyası Milli Basketbol Liqasını (NBA) seçim qarşısında qoyub.
TodayPress xəbər verir ki, virus bütün liqa komandalarını vurduğu üçün vəziyyət klublar arasında narahatlıq yaradır. Jurnalist Keyt Smit NBA-nın böyük problemlə üzləşdiyini bildirib.
“Mən bir neçə komanda ilə danışmışam. Oyunçular özlərində yüngül narahatlıq hiss etsələr, onları sosial məsafəyə təşviq edəcəklər. Artıq demək olar ki, bütün klublar zərər çəkib. Hadisələr fonunda qruplar təcili tədbirlər görməyə məcburdur. Oyunçulardan xahiş olunur ki, gigiyenaya ciddi riayət etsinlər, simptomlar baş verərsə, təmasdan qaçsınlar və tibbi tövsiyələrə əməl etsinlər.
Oyunçuların və heyətin sağlamlığı üçün təhlükə səbəbindən mövsümün dayandırılacağı ilə bağlı rəsmi açıqlama yoxdur. Lakin say artmaqda davam edərsə, təşkilatçılar oyunları müvəqqəti təxirə salmaq və ya mövsümün formatını dəyişdirmək kimi variantları nəzərdən keçirə bilərlər”.
Namiq HUN
tag: Liqa ,Basketbol, Oyunçu, Mövsüm ,todaypress.az,