NBA-da 6 illik seriya qırıldı

İdman

20.11.2024 16:15

“Filadelfiya 76-lar” klubunun oyunçusu Coel Embiid Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm mövsümündə “Mayami Hit” ilə matçda sərbəst atışlar seriyasını qırıb.

TodayPress “Real Sports”a istinadən xəbər verir ki, 2018-ci ildən bəri ilk dəfə Embiid NBA oyununda bir dəfə də olsun sərbəst atış etməyib.

Coel sonuncu dəfə 2474 gün əvvəl fol xəttində xalsız qalmışdı.

 “Filadelfiya” səfərdə “Mayami”yə 89:106 hesabı ilə uduzub.

Namiq HUN

tag: Filadelfiya 76-lar,Coel Embiid,NBA,Mayami Hit,todaypress.az,