NBA çempionu karyerasını bitirdi
İdman
11.10.2024 16:20
Milli Basketbol Assosiasiyasının (NBA) üçqat qalibi olan Denni Qrin karyerasını bitirib.
TodayPress xəbər verir ki, veteran oyunçu qərarını sosial şəbəkə hesabında açıqlayıb.
“Mən basketboldan, NBA-dan rəsmən getdim. Möhtəşəm bir səyahət oldu. Bundan çox qürur duyuram və xoşbəxtəm" basketbolçu bildirib.
37 yaşlı Qrin son olaraq “Filadelfiya” klubunda çıxış edib.
Qeyd edək ki, Denni Qrin karyerası ərzində “San Antonio Spörs” (2014), “Toronto Reptors” (2019) və “Los-Anceles Leykers” (2020) komandalarının heyətində NBA çempionu titulunu qazanıb.
Namiq HUN
tag: NBA,Çempion,Denni Qrin,Karyera,Todaypress.az,