NBA: “Boston Seltiks” overtaymda qələbəyə sevindi

İdman

23.01.2025 12:04

ABŞ Milli Basketbol Liqasında (NBA) müntəzəm mövsüm davam edir. 

TodayPress xəbər verir ki, baş tutmalı olan oyunlardan biri güclü qar fırtınası səbəbindən təxirə salınıb. 

Nyu Orleansda keçirilməli olan “Pelikans” – “Baks” görüşü başqa tarixə ertələnib.  Gərgin idman mübarizəsində keçən “Maveriks” - “Timbervolves görüşündə qonaqlar minimal fərqlə qalib gəlib. 

“Klippers” – “Seltiks” matçında isə 4 periodda qalib müəyyənləşməyib. Overtaymda isə Boston təmsilçisi qələbə qazanıb.   

Müntəzəm mövsümün oyunlarının nəticələri:   

“Atlanta” – “Detroyt Pistons” - 104:114 “Bruklin Nets” – “Finiks Sans” - 84:108 “Dallas Maveriks” – “Minnesota Timbervolves” - 114:115 “Hyuston Rokets” – “Klivlend Kavalyers” - 109:108 “Memfis Qrizzlis” – “Şarlott Hornets” - 132:120 “Oklahoma Siti Tander” – “Yuta Cazz” - 123:114 “Sakramento Kinqs” – “Qolden Steyt Uorriors” - 123:117 “Los Anceles Klippers” – “Boston Seltiks” - 113:117   

Namiq HUN

tag: ABŞ Milli Basketbol Liqası,Pelikans,Maveriks,Seltiks,Todaypress.az,