Nazlıcan Parlak “Qalatasaray”ı ÇL-in qrupuna çıxartdı

İdman

26.09.2024 12:41

Qadın futbolçulardan ibarət “Qalatasaray” klubu Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. 

TodayPress xəbər verir ki, “sarı-qırmızılar” 2-ci mərhələnin cavab matçında “Slaviya”nı üstələyərək bu uğura imza atıblar.

Çexiyada baş tutan qarşılaşmanın əsas vaxtı heç-heçə başa çatıb 1:1. Türkiyədə keçirilən ilk oyunda da 2:2 hesablı heç-heçə qeydə alındığından, əlavə vaxta ehtiyac duyulub.

Azərbaycan yığma komandasının forvardı Nazlıcan Parlak əlavə vaxtda qol vuraraq “Qalatasaray”ı qrup mərhələsinə çıxarıb. 

Qeyd edək ki, Türkiyə klubları arasında “Qalatasaray” ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. 

Namiq HUN

tag: Nazlıcan Parlak ,Azərbaycan, Qalatasaray ,Türkiyə ,Çempionlar ,todaypress.az,