Nazir Avropa kubokunun qalibi oldu
Gürcüstanda böyüklər arasında cüdo üzrə Avropa kuboku keçirilir.
TodayPress xəbər verir ki, Azərbaycan komandası ilk yarış günündə Qori turnirinin tam medal dəstini qazanıb.
Təmsilçilərimizdən Nazir Talıbov (66 kq) Avropa kuboku turnirinin qalibi olub. Babarəhim Mirzəyev (60 kq) yarışın gümüş, Nəriman Mirzəyev (73 kq) isə bürünc medalına sahib çıxıb.
Namiq HUN
tag: Azərbaycan,Cüdo,Nazir Talıbov,Medal,Todaypress.az,