Navas futbolla vidalaşdı

İdman

23.12.2024 12:53

Futbol üzrə İspaniya yığma komandasının heyətində dünya və ikiqat Avropa çempionu olmuş Xesus Navas karyerasını başa vurub.

TodayPress xəbər verir ki, “Sevilya” klubunun müdafiəçisi üçün La Liqanın XVIII turunda “Real Madrid”lə səfər matçı (2:4) sonuncu olub.

39 yaşlı təcrübəli futbolçu daha əvvəl bud nahiyəsində ciddi problemlər yaşadığı üçün mövsümün ortasında karyerasını bitirmək məcburiyyətində qaldığını söyləmişdi.

Qeyd edək ki, müdafiəçi İspaniya millisində meydana çıxdığı 56 oyunda 5 qolla yadda qalıb. Karyerası ərzində “Sevilya” və “Mançester Siti” klublarının formasını geyinən Xesus Navas bu komandaların heyətində ümumilikdə 672 oyun keçirib və 33 qol vurub.

Namiq HUN

tag: İspaniya, Milli, Karyera, Forma ,Navas ,todaypress.az,