Narkotiklə yaxalanan futbolçu həbs olundu
İdman
19.09.2024 16:45
“Arsenal” klubunun sabiq futbolçusu Cey Emanuel Tomas həbs olunub.
TodayPress xəbər verir ki, o, narkotik maddə idxal etməkdə ittiham olunub.
Tomas, Banqkokdan Böyük Britaniyaya qayıdarkən tutulub.
Cey və onunla olan 2 nəfərin çantasında təxminən dəyəri 799 min dollar olan narkotik maddə aşkarlanıb.
Emanuel məsələ ilə bağlı məhkəmə qarşısına çıxacaq. Onu 14 il müddətində həbs cəzası gözləyir.
Qeyd edək ki, Cey Emanuel Tomas “Arsenal” ilə yanaşı, İngiltərənin “İpsviç Taun”, “Bristol Siti”, KPR, Şotlandiyanın “Qrinok Morton” və Tailandın “PTT Rayonq” klublarının şərəfini qoruyub.
Namiq HUN
tag: Tomas, Banqkok, Böyük Britaniya ,Emanuel, Arsenal, Qrinok Morton ,todaypress.az,