Nara İkardidən “ədalətli pay” tələb edir

İdman

23.11.2024 14:45

“Qalatasaray” futbol klubunun hücumçusu Mauro İkardi həyat yoldaşı Vanda Nara ilə yollarını ayrıb.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, Vanda Maurodan 38,5 milyon avro tələb etmək istəyir. 

O, hesab edir ki, İkardi məhz onun sayəsində uğurlu karyera qura bilib. Belə olan təqdirdə forvard ona ötən müddət ərzində qazandığı milyonlardan ədalətli pay verməlidir. 

Qeyd edək ki, Vanda Nara əvvəllər uzun müddət İkardinin agenti olub və onun maraqlarını təmsil edib.

Namiq HUN

tag: Qalatasaray, Mauro İkardi, Vanda Nara, Agent, todaypress.az,