Naqelsmann uzunmüddətli müqaviləyə imza atdı
İdman
24.01.2025 15:50
Futbol üzrə Almaniya yığma komandasının baş məşçqisi Yulian Naqelsmannla müqavilə müddəti uzadılıb.
TodayPress milli komandanın mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssislə 2028-ci ilə qədər müqavilə imzalanıb.
37 yaşlı məşqçi 2023-cü ilin sentyabrından Bundestimi çalışdırır.
Naqelsmannın əvvəlki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Yulian Naqelsmann əvvəllər “Bavariya”, “Leypsiq” və “Hoffenhaym” klublarında çalışıb. O, 2021/22 mövsümündə “Bavariya” ilə Almaniya çempionu titulunu qazanıb.
Namiq HUN
tag: Futbol ,Almaniya ,Yulian Naqelsmann,Bundestim,Bavariya,todaypress.az,