Naqelsman postundan gedəcək

İdman

12.07.2024 17:40

Futbol üzrə Almaniya yığma komandasının baş məşqçisi Yulian Naqelsmanın taleyinə aydınlıq gəlib.

TodayPress xəbər verir ki, Almaniya Futbol İttifaqı mütəxəssislə müqavilənin  uzadılmamasına qərar verib. Hazırki anlaşması 2026-cı ilin yayında başa çatacaq Yulian Naqelsman dünya çempionatının final mərhələsindən sonra Bundestimlə yollarını ayıracaq.

Qeyd edək ki, Almaniya yığma komandasının mundialdakı nəticəsi bu qərara təsir etməyəcək.

Namiq HUN

tag: Almaniya, Futbol, Yulian Naqelsman, Dünya Çempionu, Final, todaypress.az,