“Napoli”dən Kvaratsxeliya qərarı
“Napoli” klubunun rəhbərliyi futbolçusu Xviça Kvaratsxeliya ilə bağlı qərarını verib.
TodayPress xəbər verir ki, Neapol təmsilçisi gürcüstanlı vingerlə yeni müqavilə imzalayacaq.
23 yaşlı futbolçunun yeni sözləşməsində maaşı bir mövsümə 5-6 milyon avrodan çox olacaq.
Qeyd edək ki, Xviça Kvaratsxeliya cari mövsüm “Napoli”nin heyətində meydana çıxdığı 10 oyunda 4 qol vurub və 2 qolun ötürməsini edib.
Namiq HUN
tag: Napoli, Xviça Kvaratsexliya, Qərar, Neapol, todaypress.az,