"Napoli" təsdiqlədi – Konte klubun sükanı arxasına keçdi

İdman

05.06.2024 18:01

İtaliyanın "Napoli" futbol klubu Antonio Kontenin komandanın baş məşqçisi təyin olunduğunu açıqlayıb. TodayPress xəbər verir ki, tərəflər 2027-ci ilə qədər müqavilə imzalayıb.

54 yaşlı italiyalı mütəxəssisin son iş yeri 2021-2023-cü illərdə rəhbərlik etdiyi İngiltərənin “Tottenhem” klubu olub. Daha əvvəl "Napoli"nin Konte təyin olunacağı təqdirdə yayda transferlərə 230 milyon avro ayıracağı bildirilib. Mütəxəssisin klubla əməkdaşlığa vaxtından əvvəl xitam veriləcəyi təqdirdə təzminat nəzərdə tutulmayıb.

Qeyd edək ki, son mövsüm İtaliya A Seriyasında 38 oyun keçirən “Napoli” 53 xal toplayıb. Neapol təmsilçisi ölkə çempionatını 10-cu pillədə başa vurub.

Namiq HUN

tag: Napoli, Konte klubu, İtaliya, Antonio Konten, todaypress.az,