"Napoli" Lukaku ilə anlaşdı
İdman
24.08.2024 09:45
“Napoli”
futbol klubu Romelu Lukakunun keçidini həll edib.
TodayPress
xəbər verir ki, Neapol təmsilçisi bu məsələdə "Çelsi" ilə ortaq məxrəcə
gəlib.
31
yaşlı futbolçunun transferi neapollulara 30+15 milyon avroya başa gəlib.
Belçikalı
hücumçu 3 il "Napoli"nin uğurları üçün calışacaq.
Qeyd
edək ki, Lukaku son mövsümü icarə əsasında "Roma"da keçirib. O, 47 oyunda 21 qol vurub və 4 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Napoli,Futbol,Romelu Lukaku,Çelsi,Roma,Transfer,todaypress.az,