"Napoli" - "İnter" oyununda qalib müəyyənləşmədi

İdman

02.03.2025 05:44

1798

İtaliya A Seriyasında 27-ci turun mərkəzi oyunu keçirilib.

TodayPress xəbər verir ki, çempionluq mübarizəsi aparan "Napoli" və "İnter" komandaları üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 58-ə çatdıran "İnter" turnir cədvəlinə başçılıq edir. Rəqibindən 1 xal geri qalan "Napoli" isə 2-ci pillədə qərarlaşıb.

tag: Napoli, İnter, Oyun, Futbol, Heç-Heç, todaypress.az,