"Napoli" hücumçu Conatan Devidlə danışıqlar aparır

İdman

11.05.2025 18:30

10

İtaliyanın "Napoli" klubu Fransa təmsilçisi "Lill"də çıxış edən Conatan Devidlə danışıqlar aparır.

TodayPress xəbər verir ki, bu barədə məşhur jurnalist və insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Neapol təmsilçisi 25 yaşlı hücumçuya artıq öz təklifini göndərib.

Qeyd edək ki, kanadalı forvardın klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir. C. Devid Fransa klubu ilə sözləşməni yeniləmək fikrində deyil.

tag: İtaliya,Conatan Devid,Fransa,Napoli,todaypress.az,