“Napoli” gürcü ulduzu ilə anlaşa bilmir
İdman
31.10.2024 11:14
“Napoli” klubunun rəhbərliyi vingeri Xviça Kvaratsxeliya ilə müqavilənin uzadılması ilə bağlı danışıqları davam etdirir.
TodayPress xəbər verir ki, Neapol təmsilçisi 23 yaşlı futbolçuya illik 1 milyon avro artımla 5 milyon avro maaş təklif edir.
Danışıqlarda əsas maneə kompensasiyanın məbləğidir.
Avropa nəhənglərinin Xviça ilə maraqlanması ilə bağlı yayılan xəbərlər fonunda futbolçunun nümayəndələri onun satış şərti kimi müqaviləyə 80 milyon avro daxil etmək istəyir. “Napoli” isə bu məbləği çox aşağı hesab edir.
Qeyd edək ki, Xviça Kvaratsxeliyanın “Napoli” klubu ilə müqaviləsi 2027-ci ildə başa çatacaq.
Namiq HUN
tag: Napoli, Xviça, Avropa, Müqavilə, todaypress.az,