“Napoli” Danilo ilə anlaşdı
İdman
28.12.2024 17:04
“Yuventus” klubunun kapitanı Danilo karyerasını “Napoli”də davam etdirəcək.
TodayPress “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, Neapol təmsilçisi 33 yaşlı müdafiəçiyə müqavilə təklif edib.
Danilo “Napoli”nin transfer təklifini qəbul edib. Tərəflər qış transferində sözləşmə imzalayacaqlar.
“Yuventus”un baş məşqçisi Tiaqo Motta Danilonu komandasında görmək istəmir. “Napoli”nin çalışdırıcısı Antonio Konte isə təcrübəli braziliyalının transferini şəxsən istəyib.
Qeyd edək ki, Danilo cari mövsümdə “Yuventus”un heyətində 16 matça çıxıb və 1 qolun ötürməsini edib.
Namiq HUN
tag: Neapol, Qış ,Transfer, Təmsilçi ,Komanda, todaypress.az,