Nainqqolan narkotik qaçaqmalçılığında şübhəli bilinir

İdman

27.01.2025 17:42

Futbol üzrə Belçika yığma komandasının sabiq üzvü Raca Nainqqolan narkotik qaçaqmalçılığında şübhəli şəxs qismində saxlanılıb.   

TodayPress “Gazet van Antwerpen”ə istinadla xəbər verir ki, yarımmüdafiəçi Cənubi Amerikadan Antverpen limanı vasitəsilə kokain qaçaqmalçılığında şübhəli bilinir. 

Nainqqolanın saxlanıldığı Belçika polisi tərəfindən təsdiqlənib.   

Polisdən verilən açıqlamada araşdırmaların Cənubi Amerikadan Antverpen limanı vasitəsilə Avropaya kokain idxalı və onun Belçikada yenidən paylanması ilə bağlı ehtimal olunan faktları əhatə etdiyi və futbolçunun tutulduğu bildirilib.   

Qeyd edək ki, Raca Nainqqolan “İnter” klubu ilə 2021-ci ildə İtaliya çempionu olub. O, həmçinin A Seriyasının “Roma”, “Kalyari” və SPAL klublarında da forma geyinib. Nainqqolanın son klubu Belçika təmsilçisi “Lokeren-Temse” olub. 

Namiq HUN

tag: Roma,Raca Nainqqolan,Narkotik,Şübhəli,Polis,Todaypress.az,