Nadal tennisdən məğlubiyyətlə ayrılacaq?

İdman

20.11.2024 10:02

İspaniyanın və dünyanın tanınmış tennisçisi Rafael Nadal milli komandanın heyətində Devis kuboku turnirində uduzub.

TodayPress xəbər verir ki, o, niderlandlı Botik van de Zandshullopa məğlub olub. Hər iki set 4:6 hesabı ilə başa çatıb. 

Bu qarşılaşma karyerasını bitirəcəyini elan edən tennisçinin son matçı ola bilər. 

İspaniya yığması cütlərin yarışında uduzarsa, Devis kuboku turnirində mübarizəni dyandıracaq. Qələbə sayəsində isə ispanlar yaramfinala yüksələcək və Nadal da ən azı bir oyunda korta çıxmaq şansı qazanacaq. Belə olan halda, 38 yaşlı idmançı tennislə qələbə ilə vidalaşa biləcək. 

Qeyd edək ki, Rafael Nadal karyerası ərzində 22 dəfə “Böyük Dəbilqə” turnirlərinin qalibi olub.

Namiq HUN

tag: İspaniya,Rafael Nadal,Devis,Botik van de Zandshullop,Böyük Dəbilqə,todaypress.az,