Nadal tennisdən gedəcəyi tarixi açıqladı
İspaniyalı məşhur tennisçi Rafael Nadal karyerasını bitirməyə qərar verib.
TodayPress xəbər verir ki, dünya şöhrətli raketka ustası qərarını 12 dildə yayımladığı videomüraciətlə elan edib.
“Böyük Dəbilqə” turnirinin 22 qat qalibi noyabrın 19-24 İspaniyada təşkil olunacaq Devis Kuboku turnirində tennislə vidalaşacağını bildirib.
Namiq HUN
tag: İspaniya,Rafael Nadal,Böyük Dəbilqə,Devis Kuboku,Tennis,todaypress.az,