Nadal: “Real”ın prezidenti olmaq istəyirəm”
İdman
12.10.2024 14:00
İspaniyalı tennisçi Rafael Nadal peşəkar karyerasını bitirdikdən sonra gələcək planlarından danışıb.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, Nadal “kral klubu” nun prezidenti olmaq istədiyini bildirib.
“Həyatda çoxlu dönüşlər var. Mən “Real Madrid”in prezidenti olmaq istərdim. Ancaq hazırda ən yaxşı prezident bizim komandamızdadır. Mən olduqca realistəm, məhdudiyyətlərimi bilirəm” deyə Nadal qeyd edib.
Qeyd edək ki, 38 yaşlı peşəkar tennisçi noyabrın 19-dan 24-dək Malaqada keçiriləcək “Devis Kuboku”nun finalından sonra karyerasını bitirəcəyini deyib.
Namiq HUN
tag: Rafael Nadal ,Real Madrid,Devis Kuboku,Malaqa,Todaypress.az,