MY yeni il mövzusu ilə gündəmə gəldi

İdman

25.12.2024 14:10

“Mançester Yunayted”in qərarı klubun işçilərini şoka salıb. 

TodayPress “The Athletic”ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi Milad bayramları ilə bağlı ənənəvi şənlik keçirməmək qərarı qəbul edib. 

Klubun Milad şənliyini ləğv etdiyi xəbərini baş direktor Omar Berrada birgə işçi iclasında təsdiqləyib. 

“Mançester Yunayted”in qərarı klub işçilərini o qədər şoka salıb ki, komandanın kapitanı Bruno Fernandeş rəhbərliyə Milad şənliyi keçirmək üçün bütün xərcləri öz üzərinə götürmək istədiyini bildirib. Lakin onun təklifi qəbul edilməyib.

“Mançester Yunayted”in şənliyi ləğv etməklə təxminən 250 min funt-sterlinqə qənaət etdiyi qeyd olunub. 

Klub rəhbərliyi iddia edir ki, qərar maliyyə ilə bağlı deyil. Onlar bir çox insanların işdən azad edildiyi halda Yeni il şənliyi keçirməyin yersiz olduğunu düşünürlər.

Namiq HUN

tag: Mançester Yunayted, Milad ,Şənlik ,Klub ,todaypress.az,