MY transfer planını açıqladı
İdman
25.12.2024 09:45
“Mançester Yunayted” klubu yeni transferlərə 230 milyon avro ayırmaq niyyətindədir.
TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın əsas transfer hədəfi Rafinyadır.
“Mançester Yunayted” “Barselona”nın ulduz futbolçusu üçün 80+10 milyon avro ödəməyə hazırdır.
Klub rəhbərliyi “Sportinq”in isveçli forvardı Viktor Gyökereşlə də maraqlanır. Baş məşqçi Ruben Amorim hücumçunu yenidən ixtiyarında görmək istəyir.
“Mançester Yunayted” qapıçı Andre Onanaya da əvəzləyici axtarır. Bu mövqeyə “Borussiya Dortmund”un çərçivəqoruyucusu Qreqor Kobel əsas namizəddir.
Namiq HUN
tag: Barselona, Futbolçu ,Ulduz ,Viktor, todaypress.az,