MY Ten Haqa iki oyunluq şans verdi
İdman
30.09.2024 17:00
“Mançester Yunayted” futbol kubunun rəhbərliyi baş məşqçi Erik ten Haqın gələcəyi ilə bağlı qərar verib.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın niderlandlı çalışdırıcısı ən azı növbəti beynəlxalq fasiləyə qədər fəaliyyətini davam etdirəcək.
Ten Haq “Mançester Yunayted”i “Porto” ilə Avropa Liqası oyununa, İngiltərə çempionatında isə “Aston Villa” ilə matça çıxaracaq.
Qeyd edək ki, Premyer Liqanın 6 turundan sonra hesabında 3 məğlubiyyəti və 1 heç-heçəsi olan “Mançester Yunayted” 7 xalla 12-ci pillədə məskunlaşıb.
Xatırladaq ki, niderlandlı mütəxəssis Mançester təmsilçisi ilə ötən mövsüm İngiltərə çempionatını 8-ci pillədə bitirsə də, ölkə kubokunu qazanıb.
Namiq HUN
tag: Mançester Yunayted, Erik Ten Haq ,Avropa Liqası ,Premyer Liqa ,Baş Məşqçi ,todaypress.az,