MY tarixinin ən gənc futbolçusu vəfat etdi
“Mançester Yunayted” klubu tarixində ən gənc futbolçu hesab olunan Devid Qaskell 84 yaşında vəfat edib.
TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, keçmiş qapıçı ağır xəstə olub.
Qaskell “Mançester Yunayted” tarixinin ən gənc oyunçusu hesab edilir. O, 1956-cı il oktyabrın 24-də, 16 yaş 19 günündə olarkən, “Mançester Siti”yə qarşı matçda debüt edib.
Matça tamaşaçı qismində qatılan Qaskell zədəli qapıçı Rey Vudu əvəzləyərək komandasına kuboku təmin etmək üçün qapını qoruyub.
Qeyd edək ki, qolkiper 1968-ci ilə qədər Mançester təmsilçisində çıxış edib.Qaşkell ikiqat İngiltərə çempionu və ölkə kubokunun qalibi olub.
Namiq HUN
tag: Mançester Yunayted,Devid Qaskell,Futbol,İdman,todaypress.az,