MY Reşfordu icarəyə verdi
İdman
03.02.2025 15:25
“Aston Villa” klubu “Mançester Yunayted”dən Markus Reşfordu icarəyə götürüb.
TodayPress London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, hücumçunun “Aston Villa” ilə müqaviləsi mövsümün sonuna kimidir.
27 yaşlı futbolçu “Mançester Yunayted”də cari mövsüm meydana çıxdığı 24 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
Markus Reşfordun “qırmızı şeytanlar”la müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Namiq HUN
tag: Aston Villa,Mançester Yunayted, Markus Reşford,Müqavilə,Todaypress.az,