MY-nun Amorim planı baş tutmadı

İdman

20.02.2025 09:55

2255

“Mançester Yunayted” klubu baş məşqçisi Ruben Amorimlə yollarını ayıra bilər.   

TodayPress Mirror nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin göstəriciləri klub rəhbərliyini qane etmir.   

“Qırmızı şeytanlar”ın Premyer Liqanın son turunda “Tottenhem”ə (0:1) məğlubiyyəti rəhbərliyin səbir kasasını doldurub. 

 Amorim Mançester təmsilçisini heç cür çətin vəziyyətdən çıxara bilmir.     

MY məşqçinin rəhbərliyi altında meydana çıxdığı 21 oyunda 10 qələbə qazanıb, 2 dəfə heç-heçə edib, 9 oyunda isə uduzub. 

Qeyd edək ki, Amorim ötən ilin noyabrından “qırmızı şeytanlar”ı çalışdırır. Klub rəhbərliyi Rubenin təyinatı üçün “Sportinq”ə 11 milyon avro təzminat ödəyib. 

Namiq HUN

tag: Mançester Yunayted, Ruben Amorim,Premyer Liqa,Tottenhem,Todaypress.az,