MY-nun ağ divarı təəccüblə qarşılandı
İdman
10.10.2024 10:56
İngiltərənin “Mançester Yunayted” futbol klubunun Karrinqtondakı təlim-məşq mərkəzində komandanın məşqlərini gizlətmək üçün nəhəng divar tikilib.
TodayPress “Daily Mail”ə istinad ilə xəbər verir ki, ağ divar həmçinin oyunçuları əlverişsiz havadan qorumalıdır.
Məlumatda bildirilib ki, kluba 200 min funt-sterlinqə başa gələn divar “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqın xahişi ilə tikilib.
Əvvəllər xərclərin azaldılması səbəbindən 250 nəfərin işdən çıxarılmasından sonra inşa olunan divarın dəyəri klub əməkdaşlarında çaşqınlıq yaradıb.
Namiq HUN
tag: Mançester Yunayted,Klub,Ağ divar,Oyun,Todaypress.az,