MY “Milan”ın müdafiəçisini istəyir
İdman
27.11.2024 18:09
“Mançester Yunayted” klubunun yeni baş məşqçisi Ruben Amorim daha bir futbolçunun transfer edilməsini rəhbərlikdən xahiş edib.
TodayPress “The Sun”a istinadən xəbər verir ki, Viktor Gyökereşin transferini istəyən mütəxəssis, indi də Teo Hernandezin komandaya lazım olduğunu bildirib.
Qeyd edək ki, 27 yaşlı fransalı futbolçunun “Milan”la müqaviləsi 2026-cı il yayına qədərdir.
“Mançester Yunayted” Teo üçün qarşı tərəfə 60 milyon avro ödəməlidir.
Namiq HUN
tag: Milan, Ruben Amorim,Mançester Yunayted,Teo, todaypress.az,