MY Leo ilə anlaşdı
İdman
13.12.2024 17:40
“Mançester Yunayted” 17 yaşlı futbolçunun transferi ilə bağlı razılığa gəlib.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, Mançester təmsilçisi “Syerro Porteno”nun müdafiəçisi Dieqo Leonu heyətinə qatacaq.
Paraqvaylı futbolçunun transferi üçün ilkin ödəniş 3,8 milyon avro, üstəgəl əlavə 1 milyon avro və Leonun, ya da, komandanın gələcək nailiyyətlərindən asılı olaraq 3,3 milyon avrodan çox olacaq.
Müdafiəçi “qırmızı şeytanlar”a iyulda qoşulacaq. O, “Syerro Porteno”nun yetirməsidir.
Dieqo cari mövsümdə Paraqvay klubunun heyətində meydan çıxdığı 19 matçda 2 qol vurub.
Namiq HUN
tag: Paraqvay, Meydan, Klub, Nailiyyət, todaypress.az,