MY hücumçusunu itirdi
“Mançester Yunayted” klubunun futbolçusu Coşua Zirkze müəyyən müddət yaşıl meydanlardan uzaq qalacaq.
TodayPress xəbər verir ki, Mançester təmsilçisinin baş məşqçisi Ruben Amorim klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, forvardın bir neçə oyuna çıxa bilməyəcəyini bildirib.
Coşua Zirkze Premyer Liqanın XXXII turunda “Nyukasl”la matçda (1:4) budundan zədə alaraq oyunu davam etdirə bilməyib.
Qeyd edək ki, 23 yaşlı futbolçu cari mövsüm “Mançester Yunayted”in heyətində meydana çıxdığı 48 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Mançester Yunayted,Coşua Zirkze,Zədə,Klub,Todaypress.az,