MY hücum xəttini gücləndirir

İdman

06.12.2024 10:39

"Mançester Yunayted" futbol klubu "Tottenhem"in hücumçusu Son Hın Mini transfer etmək istəyir.

TodayPress "GiveMeSport"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" cari mövsümün sonunda müqaviləsi başa çatacaq cənubi koreyalı futbolçunu azad agent kimi sıralarına cəlb etməyi panlaşdırır.

Qeyd edək ki, 2015-ci ildən bu yana "Tottenhem"in şərəfini qoruyan Son Hın Mini cari mövsüm 14 oyunda 4 qol vurub.

Namiq HUN

tag: Mançester Yunayted,Tottenhem,qırmızı şeytanlar,todaypress.az,